Azərbaycanda həbs daha liberal cəza növləri ilə əvəzlənəcək
Deputat Kamal Cəfərov bildirib ki, hazırda azadlıqdan məhrumetmənin azadlıqdan məhdudlaşdırmaya, islah işlərinə, ictimai işlərə konvertasiyası mümkündür: "Lakin təcrübədə azadlıqdan məhdudlaşdırmanın islah işlərinə və ictimai işlərə konvertasiyası zərurəti yarandıqda, bunun hüquqi əsası yox idi. Bu da təcrübədə müəyyən problemlər yaradırdı. Hazırda belə bir konvertasiya imkanı müəyyən edilir. Bu da imkan verir ki, ümumiyyətlə azadlığın məhdudlaşırılma daha liberal cəza növləri ilə əvəz edilsin".
Azvision.az
Teqlər: İlham-Əliyev Milli-Məclis