Kənd təsərrüfatı məhsulları istehsalçılarına təminatsız mikrokreditlər veriləcək

 Kənd təsərrüfatı məhsulları istehsalçılarına təminatsız mikrokreditlər veriləcək
  14 Aprel 2020    Oxunub:3747
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 14-də “Koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının mikrokreditlərlə təminatının yaxşılaşdırılması üçün vəsait ayrılması haqqında” Sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının maliyyə vəsaitinə ehtiyacının qarşılanması məqsədilə aqrar sektorda təminatsız mikrokreditlərin verilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə 30 milyon manat ayrılıb.

Azvision.az



Teqlər: İlham-Əliyev   Prezident   Sərəncam  





Xəbər lenti