Bu il 100 min hektar sahədə pambıq əkini proqnozlaşdırılır

Bu il 100 min hektar sahədə pambıq əkini proqnozlaşdırılır
  15 Aprel 2020    Oxunub:2869
Respublika üzrə 2020-ci il üçün 1 milyon hektardan çox sahədə taxıl əkini aparılıb. Əkin sahələrinin 641 min hektarını buğda, 369 min hektarını arpa əkinləri təşkil edir. Hazırda əkin sahələrində intensiv aqrotexniki tədbirlər aparılır, vegetasiya suvarmaları həyata keçirilir.
Azvision.az xəbər verir ki, bu sözləri Kənd Təsərrüfatı naziri İnam Kərimov 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilmiş müşavirədə söyləyib.

Nazir qeyd edib ki, bu il respublikanın 21 rayonu üzrə 100 min hektar sahədə pambıq əkini proqnozlaşdırılır. Yaxın günlərdə əkin sahələrində intensiv səpinə başlanılacaq. Artıq 19 mindən çox istehsalçı ilə müqavilələr bağlanılıb, əkin sahələrinin toxum, gübrə, pestisidlə təminatı ilə bağlı tədbirlər görülüb. Digər yazlıq əkinlər - tütün, şəkər çuğunduru, bostan-tərəvəz, kartof əkini üzrə də tədbirlər həyata keçirilir.

Azvision.az


Teqlər: İnam-Kərimov   Pambıq  





Xəbər lenti