“DİN-in tövsiyəsi kontekstdən çıxarılıb” - Hökumət sözçüsü

“DİN-in tövsiyəsi kontekstdən çıxarılıb” -  Hökumət sözçüsü
  15 Aprel 2020    Oxunub:3066
"Saat 9-dan sonra komendant saatının tətbiq edilməsi gündəlikdə yoxdur. Daxili İşlər Nazirliyinin tövsiyə xarakterli çıxışı kontekstdən çıxarılıb".

Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, həyati vacib qurumlarda çalışan insanların işə getməsi üçün müvafiq icazələri var: “Amma bu icazələrdən sui-istifadə edərək istirahət günləri, iş olmayan saatlarda küçədə dolaşan insanlar da aşkar edilir. Tövsiyələrlə komendant saatının qoyulması arasında fərq var”.

Aytən Zəhra
Azvision.az



Teqlər: İbrahim-Məmmədov   NK  





Xəbər lenti