“Şərq” deposunda 202 vaqon təmir edilib

“Şərq” deposunda 202 vaqon təmir edilib
  16 Aprel 2020    Oxunub:3516
Azərbaycanda dəmir yolu ilə yükdaşımaların fasiləsiz təmin edilməsi üçün, yük vaqonlarının cari və depo təmirləri vaxtında həyata keçirilməlidir. Odur ki, “ADY Express” MMC-nin ("Azərbaycan Dəmir Yolları" QSC-ın törəmə müəssisəsi) tərkibində fəaliyyət göstərən və Ələt qəsəbəsində yerləşən, “Şərq” vaqon deposu, koronavirus pandemiyası ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejimi şəraitində fəaliyyətini davam etdirir.
“ADY Express”-dən Azvision.az -a verilən məlumata görə, koronavirusun (COVID-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə ölkə başçısı İlham Əliyevin göstərişi əsasında və Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlarına uyğun olaraq, ADY Express “Şərq” vaqon deposunun fəaliyyətinin davam etdirilməsi üçün depo ərazisində xüsusi rejim tətbiq edib. Depoda çalışan əməkdaşların təhlükəsizliyini qorumaq məqsədi ilə bütün lazım olan tədbirləri həyata keçirirb. Depoda növbəıi iş rejimi yaradılıb, dezinfeksiya işləri mütəmadi olaraq aparılır, əməkdaşlar şəxsi qoruyucu alətlərlə təmin edilib.

Məlumata əsasən, bunun nəticəsində “Şərq” vaqon deposunda vaqonların təmiri prosesi dayandırılmayıb. Deponun nəzdində fəaliyyət göstərən bütün sexlərdə işlər əvvəlki qaydada aparılır. Mürəkkəb şəraitində davam etdirilən istehsalat prosesi, yük vaqonlarının vaxtında təmir işlərinin yekunlaşdırılması və yüklərin nəqlində istifadə olunmasına şərait yaradır. 2020-ci ilin ilk 3 ayı ərzində, “Şərq” vaqon deposunda ümumən 202 vaqonun cari və depo təmiri həyata keçirilib. Onlardan arasında 94 ədəd çən vaqon, 42 yarımvaqon, 4 örtülü vaqon, 51 refrejirator və 11 platforma təşkil edib.

Qeyd edək ki, Ələt qəsəbəsində yerləşən “Şərq” vaqon deposu 2018-ci ilə aprel ayından “ADY Express” MMC-nin tərkibinə daxil edilib və elə həmin gündən burada yenilənmə prosesinə start verilib. Paralel olaraq texnoloji proses, vaqonların təmiri işləri davam etdirilir.

Azvision.az



Teqlər: ADY  





Xəbər lenti