34 630 sahibkara maliyyə dəstəyi göstərilib
Sahibkarların müraciəti ilə İqtisadiyyat Nazirliyi tərəfindən formalaşdırılaraq təqdim olunmuş sifarişlər əsasında Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əmək haqqının ödənilməsi üçün 11 607 vergi ödəyicisinə 28,21 milyon manat, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 23 023 fərdi (mikro) sahibkara 18,705 milyon manat olmaqla, ümumilikdə 34 630 vergi ödəyicisinə 46,915 milyon manat vəsaiti onların müvafiq bank hesablarına köçürüb.
Tədbirlər Planında pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə və fərdi (mikro) sahibkarlara ölkə prezidentinin sərəncamı ilə ayrılan vəsait hesabına ümumilikdə 295 milyon manat maliyyə dəstəyinin ödənilməsi tapşırılıb və İqtisadiyyat Nazirliyinin sifarişləri əsasında xəzinədarlıq orqanları maliyyələşməni gündəlik əsasda davam etdirir.
Azvision.az
Teqlər: Maliyyə