"Saudi Aramco" neft hasilatını azaldır

"Saudi Aramco" neft hasilatını azaldır
  17 Aprel 2020    Oxunub:2825
Mayın 1-dən etibarən Səudiyyə Ərəbistanının "Saudi Aramco" şirkəti sutkalıq neft hasilatını 8,5 milyon barell səviyyəsinə endirəcək.
Azvision.az xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda bildirilib.

Xatırladaq ki, OPEC + ölkələri neft hasilatını azaltmaq barədə razılığa gəliblər. Razılaşmaya əsasən, may-iyun aylarında OPEC + ölkələri neft hasilatını sutkada 9,7 milyon barrelə (23%), iyuldan 2020-ci ilin sonuna qədər - 7,7 milyon, (18%), sonra isə 2022-ci ilin mayına qədər 5,7 milyon barrel azaldacaqlar.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Neft  





Xəbər lenti