Koronavirusa görə ölkəyə gələn turistlərin sayı kəskin azaldı

   Koronavirusa görə ölkəyə gələn turistlərin sayı kəskin azaldı
  18 Aprel 2020    Oxunub:3498
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2020-ci ilin yanvar-mart aylarında Azərbaycana dünyanın 151 ölkəsindən 519,3 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,0 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Azvision.az -ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, azalmanın əsas səbəbi koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ilə cari il fevralın 29-dan İran, martın 14-dən Gürcüstan, martın 15-dən Türkiyə, martın 18-dən Rusiya Federasiyası arasında dövlət sərhədində məhdudlaşdırıcı rejim, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlər tətbiq olunduğuna görə cari ilin mart ayında ölkəmizə gələnlərin sayında müşahidə olunmuş kəskin azalma ilə bağlı olub.

Belə ki, cari ilin mart ayında ölkəmizə gələnlərin sayı əvvəlki ayla müqayisədə 53,4 faiz, ötən ilin mart ayı ilə müqayisədə isə 62,2 faiz azalıb.

Azvision.az



Teqlər: Turist  





Xəbər lenti