Depozit hərracın nəticələri açıqlandı

  20 Aprel 2020    Oxunub : 1916
Depozit hərracın nəticələri açıqlandı
Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb.
AMB-dən Azvision.az -a verilən məlumata görə, aprelin 20-də Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 480,3 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,76 faiz təşkil edib.

Azvision.az

Teqlər: AMB