AQTA qanunsuz ət kəsimi məntəqələri aşkarladı

AQTA qanunsuz ət kəsimi məntəqələri aşkarladı
  20 Aprel 2020    Oxunub:3043
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən ölkəmizdə koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində növbəti dəfə Bakının Nizami rayonu ərazisində fəaliyyət göstərən heyvan kəsimi və satışı yerlərində yerli icra hakimiyyəti və hüquq-mühafizə orqanları ilə birgə maarifləndirici monitorinq keçirilib.
AQTA-dan Azvision.az -a verilən məlumata görə, monitorinq zamanı heyvan kəsiminin və ət satışının antisanitar şəraitdə və baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi məntəqələr aşkarlanıb. Agentlik əməkdaşları tərəfindən kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaq və heyvan kəsimini mərkəzləşdirilmiş, müasir kəsim məntəqələrində həyata keçirmək barədə bildirişlər təqdim olunub.

Eyni zamanda, koronavirusla mübarizə tədbirləri çərçivəsində tətbiq olunan tələblər, heyvan kəsimi məntəqələrinin fəaliyyətinə dair metodiki göstərişlər diqqətə çatdırılıb.

Azvision.az



Teqlər: AQTA  





Xəbər lenti