Tarixdə ilk dəfə: ABŞ nefti mənfiyə düşdü

  Tarixdə ilk dəfə:  ABŞ nefti mənfiyə düşdü
  21 Aprel 2020    Oxunub:5705
Dünya birjalarında neftin qiyməti kəskin ucuzlaşmaqda davam edir.
Azvision.az xəbər verir ki, Amerikanın WTI (Qərbi Texas) markalı neftinin bir barelinin qiyməti 1 dollardan aşağı enərək mənfiyə (-13,98) düşüb.

Bu göstərici neft tarixində ilk dəfə qeydə alınıb. "Qara qızıl"ın ucuzlaşması tələbatın getdikcə azalması və neft anbarlarının dolması ilə izah olunur.

Azvision.az


Teqlər: Neft  





Xəbər lenti