SOCAR izoprpil spirtinin istehsalını bərpa edib - FOTOLAR
Məlumata əsasən, qurğuda həyata keçirimiş fasiləsiz təmir-bərpa işlərindən sonra aprelin 5-də texniki, 11-də isə mütləqləşdirilmiş izopropil spirti istehsalı sahələri istismara verilmiş və dərhal son məhsulun istehsalına başlanılmışdır. Bu da öz növbəsində bir tərəfdən MİPS məhsulu üzrə idxaldan asılılığın kəskin azalmasına, digər tərəfdən isə yüksək səmərəliliklə dünya bazarlarına ixracın artırılmasına gətirib çıxaracaq.
“Müəssisədə MİPS istehsalı 2 mərhələlidir. Birinci mərhələdə texniki izopropil spirti istehsal olunur.İkinci mərhələdə isə Texniki Spirt saflaşdırılaraq MİPS məhsuluna çevrilir. “Etilen-Polietilen” zavodunda MİPS məhsulunun sutkalıq istehsal həcmi təqribən 60 tona qədərdir”, - məlumatda qeyd edilir.
Xatırladaq ki, izopropil spirti tibbdən başqa bir sıra başqa sahələrdə (avtomobil sənayesi, kimya sənayesi, farmokologiya, energetika və s.) tətbiq olunur. Dezinfeksiya sahəsində mütləq izopropil spirti tam olaraq etil spirtini əvəz edir və bu sahədə “universal təmizləyicilər” də istifadə edilir, həmçinin 70%-li tibbi kağız dəsmallara (salfetlər) hopdurularaq mikroblardan qorunma vasitəsi və s. kimi istifadə olunur.
Azvision.az