Xarici investisiyalı kommersiya qurumlarının sayı artıb

Xarici investisiyalı kommersiya qurumlarının sayı artıb
  21 Aprel 2020    Oxunub:2760
Aprelin 1-nə Azərbaycanda fəaliyyəti aktiv olan xarici investisiyalı kommersiya qurumlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfə çox olub.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Azvision.az -a bildirilib ki, aprelin 1-nə qeydiyyatda olan xarici investisiyalı kommersiya hüquqi şəxslərin 18,8 faizi xarici hüquqi şəxslərin Azərbaycan Respublikasındakı nümayəndəliyi və ya filialı, 77,3 faizi məhdud məsuliyyətli cəmiyyət, 0,8 faizi səhmdar cəmiyyət, 0,2 faizi kooperativ və 2,8 faizi isə digər təşkilati hüquqi formalarda olub. Cari ilin mart ayında 173 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib. Bu isə keçən ilin eyni dövrü ilə müqayisədə 1,2 dəfə (137) çoxdur. Martda qeydiyyata alınan 173 xarici investisiyalı kommersiya qurumunun 170-nin fəaliyyəti aktiv olub, 3-nün fəaliyyəti dayandırılıb. Ay ərzində xarici investisiyalı kommersiya hüquqi şəxs ləğv olunmayıb.

Cari ilin mart ayında dövlət qeydiyyatına alınan hüquqi şəxslərin 34,6 faizi Pakistan, 16,1 faizi İran, 18,6 faizi Türkiyə, 13,8 faizi Hindistan, 8 faizi İraq investisiyalı hüquqi şəxslərdir. Mart ayında qeydiyyatdan keçmiş aktiv xarici investisiyalı kommersiya qurumlarının sayı 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə çoxdur.

Bu ilin martında dövlət qeydiyyatından keçmiş xarici investisiyalı kommersiya hüquqi şəxsin 36,4 faizi xidmət, 16,7 faizi ticarət, 8,6 faizi sənaye, 6,9 faizi tikinti, 2,3 faizi kənd təsərrüfatı, 1,1 faizi nəqliyyat, 2,8 faizi rabitə, 24,8 faizi digər sahədə fəaliyyət göstərir.

Azvision.az


Teqlər: İqtisadiyyatNazirliyi  





Xəbər lenti