Pərviz Şahbazov neft istehsalçılarına təklif verdi

Pərviz Şahbazov neft istehsalçılarına təklif verdi
  22 Aprel 2020    Oxunub:3187
Bir neçə “OPEC plus” ölkəsinin iştirakı ilə qeyri-rəsmi formatda keçirilən videokonfransa Azərbaycanın Energetika naziri Pərviz Şahbazov da qatılıb.
Energetika Nazirliyindən Azvision.az -a verilən məlumata görə, konfransda neft bazarının hazırkı vəziyyəti və may ayından öhdəliklərin icrası ilə bağlı məsələlər müzakirə edilib.

Energetika naziri Pərviz Şahbazov müzakirələr zamanı “OPEC plus” formatında təmsil olunmayan digər neft istehsalçılarını öhdəliklər götürməyə dəvət edib.

“OPEC plus” tarixi missisiya yerinə yetirir və müvafiq öhdəliklər götürüb. İndi isə “OPEC plus” dan kənar neft istehsalçıları bu prosesə fəal şəkildə qoşulmalı və öz öhdəliklərini elan etməlidirlər”, - deyə nazir bildirib.

Azvision.az



Teqlər: Energetika  





Xəbər lenti