Xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı xidmətlər özəl şirkətlərə tapşırıldı

Xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı xidmətlər özəl şirkətlərə tapşırıldı
  22 Aprel 2020    Oxunub:2583
Xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı baytarlıq xidmətlərini hüquqi şəxslər və fiziki şəxslər həyata keçirəcək.
Azvision.az -ın məlumatına görə, bu barədə Prezident İlham Əliyevin bu gün imzaladığı “Baytarlıq sahəsində həyata keçirilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərmanda qeyd olunub.

Fərmana əsasən, xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı dövlət büdcəsindən maliyyələşdirilən baytarlıq xidmətləri Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi ilə özəl baytarlıq xidmətlərini həyata keçirən hüquqi şəxslər və fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslər arasında müqavilə bağlanması yolu ilə həyata keçiriləcək.

Nazirlər Kabineti 2 ay müddətində sahə baytarlıq məntəqələrinin inzibati binalarının və digər dövlət əmlakının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi ilə müqavilə bağlayan baytarlıq subyektlərinə icarəyə verilməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin və İqtisadiyyat Nazirliyinin təklifləri əsasında müvafiq tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Azvision.az



Teqlər: Baytarlıq  





Xəbər lenti