AQTA fındıq bağlarında monitorinq keçirib
Monitorinq zamanı mərmər bağacığı aşkar edilməyib.
Təsərrüfat sahiblərinə mərmər bağacığının inkişafı, yayılma yolları, zərərləri barədə ətraflı məlumat verilib, oxşar zərərvericilər aşkarlandıqda AQTA-nın regional bölməsinə müraciət etmələri tövsiyə olunub. Onlara sözügedən zərərli orqanizmlə bağlı Agentlik tərəfindən hazırlanmış “Bitkilər üçün yeni təhlükə mənbəyi” adlı bukletlər paylanılıb.
Sonda təsərrüfat sahiblərinin sualları cavablandırılıb. Qeyd edək ki, növbəti monitorinqlərin may ayında keçirilməsi nəzərdə tutulub.
Azvision.az
Teqlər: AQTA