Bələdiyyələrlə bağlı Operativ Qərargaha müraciət olunacaq

Bələdiyyələrlə bağlı Operativ Qərargaha müraciət olunacaq
  24 Aprel 2020    Oxunub:2822
Milli Məclisdə 9 minə qədər bələdiyyə işçilərinin və qulluqçusunun maaşlarının bir hissəsinin dövlət tərəfindən verilməsi təklif edilib.
Azvision.az xəbər verir ki, bu təkliflə deputat Kamran Bayramov çıxış edib.

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov isə deyib ki, bələdiyyələrə dövlət tərəfindən dotasiyalar verilir:

“Onlar maaşlarının verilməsinə görə dövlət büdcəsindən maliyyələşmirlər. Bununla bağlı biz Nazirlər Kabineti yanında Operativ Qərargaha da müraciət edəcəyik”.

Azvision.az



Teqlər: Milli-Məclis   Bələdiyyə  





Xəbər lenti