Fermerlərə koronavirusdan qorunmaq üçün tövsiyələr
Bununla yanaşı xüsusilə, heyvandarlıq sahəsində çalışan şəxslər fərdi mühafizə vasitələri ilə təchiz edilməli, maska taxmalıdırlar. İş paltarını, qoruyucu əlcək və maskanı, eləcə də boşqab, stəkan, dəsmal və bu kimi digər əşyaları başqaları ilə qətiyyən ortaq istifadə etməməlidirlər. Xatırladaq ki, istifadə edilən maska və əlcək gigiyena qaydalarına uyğun çıxarılmalı və dərhal qapalı zibil qutusuna atılmalıdır. Əllər spirt məhlulu ilə təmizlənməli və ya sabunla yuyulmalıdır. İş prosesində geyinilmiş paltarı isə mütləq 60°-də yuyucu vasitələrlə yumaq lazımdır.
Heyvandarlıq təsərrüfatlarında çalışan, istərsə də şəxsi istehlakı üçün məhsul istehsal edən maldarlıq təsərrüfatında işləyən şəxslər xüsusi geyim və ayaqqabıda olmalıdırlar. Mal-qaraya qulluq zamanı, yemlədikdən sonra əllər sabunla yuyulmalı və ya spirt tərkibli antiseptik vasitə ilə təmizlənməlidir. Təsərrüfatda çalışanlar fermaya girərkən və çıxarkən ayaqqabıları müvafiq dezinfeksiyaedici məhlulla təmizləməlidirlər. Böyük təsərrüfatlarda işçilər üçün paltardəyişmə otaqlarının, dolabların olması şərtdir. Xəstəliklərə yoluxma riskini artırmamaq üçün zərurət olmadıqca insanların sıx toplaşdığı heyvan satışı obyektlərinə getməmək tövsiyə olunur.
Azvision.az