65 522 vergi ödəyicisi yardım üçün dövlətə müraciət edib

  65 522 vergi ödəyicisi yardım üçün dövlətə müraciət edib
  25 Aprel 2020    Oxunub:4515
Dövlət tərəfindən sahibkarlara dəstəyin verilməsinin əsas məqsədi məşğulluğun saxlanılmasıdır. Maliyyə dəstəyinin verildiyi ilk gündən İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, agent banklar fəaliyyət göstərir. Mərkəzi Bank öz nəzarət mexanizmləri ilə sahibklar tərəfindən muzdlu işçilərə əmək haqqının tam həcmdə yerinə yetirilməsi üçün nəzarət tədbirlərini həyata keçirir. Bu proses davamlı olacaq.
Azvision.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu sahədə istənilən effektə nail olunacaq: “Bu günə qədər muzdlu işçilərin əmək haqqının ödənilməsinə dövlət dəstəyinin göstərilməsi üçün 21432 vergi ödəyicisi müraciət edib. Bu müəssisələrdə 224 602 muzdlu işçi çalışır. Birinci ay üzrə faktiki ödənilən məbləğ 39 milyon manata yaxınlaşır. Bundan əlavə, fərdi sahibkarlara ödənişlər həyata keçirilir. 65 522 vergi ödəyicisi müraciət edib. Artıq ödənilmiş maliyyə dəstəyinin məbləği 40 milyon 620 min manatdan artıqdır”.

Aytən Zəhra
Azvision.az


Teqlər:





Xəbər lenti