55 min sahibkara 38 milyon manatadək vəsait ödənilib

55 min sahibkara 38 milyon manatadək vəsait ödənilib
  26 Aprel 2020    Oxunub:5774
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi üzrə hesabatı açıqlayıb.
Azvision.az xəbər verir ki, aprelin 24-ə olan məlumata görə, 65.522 fərdi (mikro) sahibkar müraciət edib, onlardan 60.169 nəfərin müraciəti araşdırılıb.

Faktiki olaraq 55.022 vergi ödəyicisinə 37.930,3 min manat vəsait ödənilib.

Müraciəti araşdırılmış fərdi sahibkarlara göstəriləcək maliyyə dəstəyinin məbləği 40.620,5 min manat təşkil edir.

Tədbirin icrası üzrə ümumilikdə 80 milyon manat nəzərdə tutulub.

Azvision.az


Teqlər: Sahibkar   Maliyyə   Vəsait  





Xəbər lenti