"Forbes" məşhur reperi milyarder elan edib

"Forbes" məşhur reperi milyarder elan edib
  27 Aprel 2020    Oxunub:2903
"Forbes" jurnalı məşhur reper Kanye Uesti milyarder kimi tanıyıb.
Azvision.az xəbər verir ki, jurnalın yaydığı məlumata görə, müğənninin varidatı 1,3 milyard dollardır.

"Forbes" Uestin şəxsi biznesi haqqında sənədlərin və bank hesablarının açıqlanmasına icazə verməsindən sonra onu rəsmən milyarder elan edib.

Reperin özünün söylədiyinə görə, sərvəti 3 milyard dollardan çoxdur. Lakin "Forbes" onun sərvətini bir milyarddan bir qədər çox qiymətləndirib. Bu məbləğin çox hissəsi - 1,26 milyard dollarını müğənniyə "Yeezy" markası qazandırıb. Uestin yerdə qalan aktivlərinin dəyəri ümumilikdə təqribən 125 milyon dollardır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Forbes   Jurnal   Reper   Milyarder  





Xəbər lenti