111 vəzifəli şəxs intizam tənbehinə məruz qalıb

  111 vəzifəli şəxs intizam tənbehinə məruz qalıb
  28 Aprel 2020    Oxunub:4825
Hesablama Palatası tərəfindən 2019-cu ildə 47 audit 6 analitik fəaliyyət həyata keçirilib, 43 audit icmallaşdırılıb.

Azvision.az xəbər verir ki, bunu Palata sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclasında bildirib.
Onun sözlərinə görə, ötən müddətdə 561 nöqsan aşkar olunub ki, bu da əvvəlki illə müqayisədə 21 faiz azdır.

V.Gülməmmədov, həmçinin qeyd edib ki, 2019-cu ildə 111 vəzifəli şəxs intizam tənbehinə məruz qalıb. İntizam tənbehi ilə bağlı təkliflər müvafiq mərkəzi icra aparatlarına təqdim olunub.

Palata sədri əlavə edib ki, 2019-cu ildə ilk dəfə palata monitorinq fəaliyyəti həyata keçirib. Bundan başqa, dövlət satınalmaları ilə bağlı 5 iş respublika prokurorluğuna göndərilib.

Azvision.az


Teqlər: Vəzifəli-Şəxs   Hesablama-Palatası  





Xəbər lenti