Ərzaq məhsulları ƏDV-dən azad ediləcək

Ərzaq məhsulları ƏDV-dən azad ediləcək
  29 Aprel 2020    Oxunub:3570
Ərzaq məhsullarının idxalının ƏDV-dən azad olunması təklif edilir.
Azvision.az xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik olunacaq.

Təklif olunan dəyişikliklə müvəqqəti vergi rejimi müddətində əhalinin sağlamlığının və zəruri ərzaq məhsulları ilə ehtiyaclarının təmin edilməsi məqsədilə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məhsul (mal) növlərinin idxalı ƏDV-dən azad edilir.

Dəyişiklik parlamentin mayın 1-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Vergi   Məcəllə  





Xəbər lenti