“Azərkosmos” 24 ölkəyə xidmət ixrac edib

“Azərkosmos” 24 ölkəyə xidmət ixrac edib
  29 Aprel 2020    Oxunub:2777
2020-ci ilin yanvar-mart aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 24 ölkəsinə 10,4 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.
Azvision.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 88 faizini təşkil edib. “Azərkosmos” ASC-nin 2020-cu ilin yanvar-mart aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Birləşmiş Krallıq, Fransa, BƏƏ və Almaniyadır.

Azvision.az


Teqlər: Azərkosmos   Peyk  





Xəbər lenti