Gömrük ödəmələrinin həcmi artıb
Ötən ilin mart ayı ilə müqayisədə bu ay gömrük rüsumlarından daxilolmalar 10,7 faiz, ƏDV-dən 3,2 faiz, aksiz vergilərindən 2,9 faiz artıb, yol vergisindən ödəmələr isə dörd dəfə azalıb.
2019-cu ilin yanvar-mart aylarında Azərbaycan Dövlət Gömrük Komitəsindən ödəmələr 1,014 milyard manatı keçib. Mart ayı ərzində ilin əvvəlindən ümumi daxilolmalar 49,4 faiz artıb.
Dövlət Gömrük Komitəsindən dövlət büdcəsinə daxilolmalar dörd istiqamətdə formalaşır: gömrük rüsumları, əlavə dəyər vergisi (ƏDV), aksiz vergisi və yol vergisi.
Azvision.az