Daha 100 min işsizə birdəfəlik ödəniş edildi
Onlara mesaj gəldikdən sonra, evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, mesajda “Azərpoçt” MMC qeyd edilibsə, istənilən poçt şöbəsinə, bank göstərilibsə, həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət etməklə birdəfəlik ödəməni ala bilərlər.
Aprelin 9-dan birdəfə ödənişlərin verilməsinə başlanıb. Artıq birdəfəlik ödəmə vəsaiti köçürülənlərin sayı 500 minə çatıb. Hazırda ödənilən maliyyənin ümumi məbləği 95 milyon manatdır.
Azvision.az