Mərkəzi Bank: Tədiyyə balansında kəsir gözlənilir
Onun sözlərinə görə, bu il ölkənin həm idxalının, həm də ixracının azalması gözlənilir.
Valyuta axınının məhdudlaşdırılması məsələsinə münasibət bildirən E.Rüstəmov deyib: "Mərkəzi Bank kommersiya banklarına tövsiyə edib ki, ölkə üçün sosial əhəmiyyətli məhsulların idxalının dəstəklənməsinə üstünlük versinlər. Bunlar əsasən tibbi vasitələr və qidadır. Amma valyuta axınının qarşısını almaqla bağlı heç bir tapşırıq yoxdur".
Kənan Məmmədov
Azvision.az
Teqlər: Bank