Gömrükdə telefon qaçaqmalçılığının qarşısı alındı

Gömrükdə telefon qaçaqmalçılığının qarşısı alındı
  04 May 2020    Oxunub:2788
Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə qanunsuz yolla ölkə ərazisinə mobil telefonların gətirilməsi cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Azvision.az -a bildirilib ki, idarənin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumatlar əsasında, "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə Rusiya Federasiyası istiqamətindən daxil olan Azərbaycan vətəndaşlarının idarə etdiyi "DAF" və "DAF FTXF 105" markalı avtomobillər saxlanılıb.

Baxış zamanı həmin avtomobillərdən birində 2 ədəd "iPhone" markalı mobil telefon və 4 ədəd "iPhone 11 Black 128 GB" markalı mobil telefon üçün boş qutu, digər avtomobildə isə 11 ədəd "Samsung Galaxy A51 64 GB" və 5 ədəd "Samsung Galaxy A51 128 GB" markalı mobil telefonlar aşkar olunub.

Hər iki faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DGK   Gömrük  





Xəbər lenti