“Əmək müqavilələrinin sayı 105 min artıb” - Sahil Babayev

  “Əmək müqavilələrinin sayı 105 min artıb” -    Sahil Babayev
  06 May 2020    Oxunub:3156
Dövlət sektoru üzrə 925, qeyri-dövlət sektoru üzrə isə 735 min, ümumilikdə, 1 milyon 660 min muzdla, yəni əmək müqaviləsi ilə çalışan işçinin iş yerinin və əməkhaqqı gəlirinin qorunması təmin edilib.
Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, nazirliyin “Əmək müqaviləsi bildirişi” altsistemindən mayın 1-də əldə olunan məlumata əsasən, 2020-ci ilin əvvəlindən əmək müqavilələrinin sayı 105 min artıb. Daha pozitiv məqam kimi onlardan 94 minə yaxını özəl sektorun payına düşür.

“Həmçinin bu dövr ərzində ölkə üzrə əməkhaqqı fondu 8, özəl sektorda əməkhaqqı fondu isə 12 faiz artıb. Bu ilin dörd ayı ərzində nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məcburi dövlət sosial sığorta haqlarından daxilolmaları proqnozdan 163 milyon manat və ya 17,2 faiz çox olub. Əgər ötən ilin müvafiq dövrü ilə müqayisə etmiş olsaq, hətta xüsusi karantin rejiminə baxmayaraq, DSMF-nin daxilolmaları keçən ilin müvafiq dövrünə nisbətən 313,4 milyon manat və ya 39,6 faiz artıqdır”, - deyə nazir qeyd edib.

Azvision.az


Teqlər: ƏƏSMN  





Xəbər lenti