“Azərpoçt” səyyar xidməti davam etdirir
Layihənin növbəti ünvanı Suraxanı rayonunun Hövsan qəsəbəsi olub. Vətəndaşlara maliyyə xidmətləri göstərilib. Sakinlər rabitə və kommunal xidmət haqlarını, daxili, beynəlxalq pulköçürmələrini və bir çox digər xidmətlər üzrə ödənişləri həyata keçiriblər. Eyni zamanda işsizlər və xüsusi karantin rejiminə görə işini itirən aztəminatlı vətəndaşlar birdəfəlik ödəmə (190 manat) vəsaitlərini səyyar xidmət vasitəsilə əldə ediblər.
Qeyd edək ki, “Azərpoçt” MMC tərəfindən həyata keçirilən səyyar xidmət növbəti günlərdə digər Bakıətrafı qəsəbələrdə davam etdiriləcək.
Azvision.az
Teqlər: “Azərpoçt”