Qorunan əmanətlər üzrə illik faiz dərəcəsi artırıldı

Qorunan əmanətlər üzrə illik faiz dərəcəsi artırıldı
  07 May 2020    Oxunub:3894
Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Himayəçilik Şurası Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının tövsiyəsinə əsasən Mərkəzi Bankla razılaşdırılmaqla bu il iyunun 1-dən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 10 faizdən 12 faizədək qaldırılması barədə qərar qəbul edib.
ADIF-dən Azvision.az -a bildirilib ki, fonda üzv olan banklarda xarici valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 2,5 faiz təşkil edir.

Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər, sığorta haqları yalnız banklar tərəfindən ödənilir.

Azvision.az


Teqlər: Əmanət   Faiz   Dərəcə  





Xəbər lenti