Parlamentin komitəsi onlayn iclas keçirib

Parlamentin komitəsi onlayn iclas keçirib
  07 May 2020    Oxunub:2638
Milli Məclisin Gənclər və İdman komitəsinin onlayn iclası keçirilib.
Milli Məclisin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, iclası Milli Məclisin sədr müavini, Gənclər və İdman komitəsinin sədri Adil Əliyev aparıb.

Tədbirdə komitənin deputatları ilə yanaşı, Milli Məclis Aparatının aidiyyəti şöbələrinin əməkdaşları da iştirak ediblər.

İclasda “Gənclər siyasəti haqqında”, “Könüllü fəaliyyət haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələri müzakirə edilib. Müzakirələr zamanı dövlətimiz tərəfindən gənclərə, xüsusilə də əlilliyi olan şəxslərə göstərilən diqqət və qayğıdan danışılıb, bunun davamı kimi qanunvericiliyin təkmilləşdirilməsi məqsədəuyğun hesab edilib. Belə ki, qanunveriricilikdə nəzərdə tutulmuş “əlil” sözü Azərbaycan Respublikasının 2008-ci ildə qoşulduğu Birləşmiş Millətlər Təşkilatının “Əlillərin hüquqları haqqında” Konvensiyasının tələblərinə uyğunlaşdırılmış, habelə əlilliyi olan şəxslərin hüquqlarının daha səmərəli həyata keçirilməsi ilə əlaqədar dəyişikliklər edilməsi təklif edilib.

İclasda Qanun layihələri ilə yanaşı Milli Məclisin Gənclər və İdman komitəsinin hesabatının qısa icmalı da Komitə üzvlərinə təqdim edilib, gələcək perspektivləri müzakirə edilib.

Onlayn iclasın sonunda müzakirə olunan sənədlər Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Azvision.az


Teqlər: Milli-Məclis   Komitə  





Xəbər lenti