“KOB Dostu” ofisləri fəaliyyətlərini bərpa etdi

  08 May 2020    Oxunub : 2108
“KOB Dostu” ofisləri fəaliyyətlərini bərpa etdi
Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla, ölkənin digər şəhər və rayonlarında fəaliyyət göstərən "KOB Dostu" ofislərində fəaliyyətlərini bərpa edib.
Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Azvision.az -a verilən məlumata görə, sahibkarların ofislərə müraciəti zamanı "KOB könüllüləri" Nazirlər Kabineti yanında Operativ Qərargahın təqdim etdiyi zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara əməl olunmasına nəzarət edirlər.

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən KOB dostları isə sahibkarlara göstərilən dəstək və xidmətləri onlayn formada davam etdirirlər.

Azvision.az

Teqlər: KOBİA