AQTA sahibkarlar üçün ödənişsiz videotəlimləri davam etdirir

AQTA sahibkarlar üçün ödənişsiz videotəlimləri davam etdirir
  08 May 2020    Oxunub:3499
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sahibkarları maarifləndirmək üçün onlayn təlimləri davam etdirir.
AQTA-dan Azvision.az -a verilən məlumata görə, 12 may, saat 15:00-da keçiriləcək növbəti videotəlimdə pandemiya dövründə ölkə ərazisində fəaliyyət göstərən ictimai iaşə müəssisələrinin fəaliyyəti, epidemioloji vəziyyəti nəzərə alaraq ictimai iaşə müəssisələrinin işinin təşkili ilə bağlı tövsiyələr, karantin rejimindən mərhələli çıxış üzrə ictimai iaşə müəssisələrində əməl edilməsi vacib qaydalar, ictimai iaşə müəssisələrində COVID-19-un (koronavirus) profilaktikasına dair metodiki göstərişlərdə əksini tapan məsələlər müzakirə olunacaq. Otellər və Restoranlar Assosiasiyasının nümayəndələri ilə birgə keçiriləcək təlimdə sahibkarları maraqlandıran suallar cavablandırılacaq.

Təlimdə iştirak etmək istəyən sahibkarlar (012) 377-00-77 (203, 222) və (051) 990-50-23 nömrələrinə zəng etməklə əlaqə saxlaya bilərlər.

Azvision.az


Teqlər: AQTA  





Xəbər lenti