Naxçıvanda heç kimin qaz və işıq pulu borcu yoxdur
Statistikadan görünür ki, Naxçıvan MR-da abonentlərin qaz pulu borcu qeydə alınmayıb.
Həmçinin, Dövlət Energetika Xidməti üzrə 2020-ci ilin aprel ayında verilən elektrik enerjisinin miqdarı, elektrik enerjisi satışından toplanan vəsait və ödənilmə faizi məlum olub. Belə ki, muxtar respublikanın şəhər və rayonlarında elektrik enerji ödənişi 100% nəticə ilə yerinə yetirilib. Abonentlərin borcu qeydə alınmayıb.
Bildirilib ki, aprel ayında texniki itki nəzərə alınmaqla daxil olan 27 milyon 845 min kilovat-saat elektrik enerjisinin dəyəri 2 milyon 331 min manat olub. Cəmi 2 milyon 330 min 200 manat vəsait toplanıb ki, bu da istifadə olunan enerjinin dəyərinin 100,0 faizini təşkil edir.
Anar Kəlbiyev
Azvision.az
Teqlər: Naxçıvan Energetika Təbii-qaz