Bu yollarda rənglənmə işləri aparılacaq

Bu yollarda rənglənmə işləri aparılacaq
  12 May 2020    Oxunub:2046
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə bu gün səhər saatlarından Mikayıl Müşfiq küçəsində (Qurd qapısı-Bakı Dairəvi-1 avtomobil yolu), Bakı Dairəvi-1 avtomobil yolunda, Moskva və Tbilisi prospektlərində üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Azvision.az -a bildirilib ki, işlər axşam saatlarınadək davam edəcək.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Azvision.az



Teqlər: AAYDA  





Xəbər lenti