“Şahdəniz-2” yatağında 16 quyu tamamlanıb

“Şahdəniz-2” yatağında 16 quyu tamamlanıb
  12 May 2020    Oxunub:3326
Bu ilin ilk rübü ərzində “Şahdəniz Alfa” platformasından quyu qazılmayıb, bu müddət ərzində platformanın qazma qurğusunda profilaktik işlər aparılıb.
“BP Azerbaijan” şirkətindən Azvision.az -a verilən məlumata görə, “İstiqlal” qazma qurğusu “SDC05” sualtı quyusunun alt hissəsini qazmağa başlayıb. “Maersk Explorer” qurğusu “SDF04” quyusunda qazma işlərini davam etdirib.

Bu iki qurğu “Şahdəniz-2” hasilatı və sonrakı tədrici artım üçün artıq ümumilikdə 17 quyu qazıb və bunlardan 16-sını tamamlayıb. Yatağın şimal cinahında 4 quyu, qərb cinahında 4 quyu, şərq-cənub cinahında 4 quyu, qərb cinahın cənub hissəsində 2 quyu, şərq cinahın şimal hissəsində 2 quyu tamamlanıb. Qərb cinahın cənub hissəsində bir quyu tam dərinliyədək qazılıb və konservasiya olunub. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.

Azvision.az



Teqlər: Şahdəniz  





Xəbər lenti