“Manatın məzənnəsi sabitdir, təzyiqlər aradan qaldırılıb” - Elman Rüstəmov

  “Manatın məzənnəsi sabitdir, təzyiqlər aradan qaldırılıb” -    Elman Rüstəmov
  13 May 2020    Oxunub:4470
Cari ilin ilk dörd ayının nəticəsinə əsasən, orta inflyasiya 3% təşkil edib. Bu da Mərkəzi Bank və hökumətin hədəfindən aşağıdır.
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Bankın (AMB) sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfrasında deyib.

Onun sözlərinə görə, inflyasiyanın ilin sonuna kimi məqsədlər, hədəf çərçivəsində olduğu proqnozlaşdırılır.

“Valyuta bazarında vəziyyət stabilləşib. Biz makroiqtisadi sabitlik, inflyasiya, məşğulluğa dəstəklə bağlı balanslı mövqe tutmağa çalışırıq. Azərbaycan manatının məzənnəsi sabitdir. Bütövlükdə, təşviş dövründə təzyiqlər tam aradan qaldırılıb. Monetar sabitlik üçün əhəmiyyətli addımlar atılır”.

Aytən Zəhra
Azvision.az



Teqlər:





Xəbər lenti