Bu il iqtisadiyyata 4 milyarda yaxın investisiya qoyulub

  13 May 2020    Oxunub : 2205
Bu il iqtisadiyyata 4 milyarda yaxın investisiya qoyulub
Bu ilin yanvar-aprel aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş vəsait ötən ilin eyni dövrü ilə müqayisədə 0,5% azalaraq 3 903,5 milyon manat təşkil edib.
Azvision.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Qeyd olunub ki, hesabat dövründə qeyri neft-qaz sektoruna investisiya qoyuluşları 12,8% azalaraq 2 096,8 milyon manat təşkil edib.

Azvision.az

Teqlər: İqtisadiyyat   İnvestisiya