Azərbaycanda karantin rejimi uzadılacaq? - AÇIQLAMA

  13 May 2020    Oxunub : 10787
 Azərbaycanda karantin rejimi uzadılacaq? - AÇIQLAMA
Mayın 31-dən sonra xüsusi karantin rejiminin uzadılması barədə fikir söyləmək erkən olardı.

Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ölkəmizdə və dünyada olan vəziyyətin qiymətləndirilməsi və müvafiq qərarların verilməsi vacibdir: "Vəziyyətdən asılı olaraq, karantin rejiminin yumşalması və ya sərtləşməsi ola bilər".

Aytən Zəhra
Azvision.az

Teqlər: Karantin   Koronavirus