Xarici ticarət dövriyyəsinin müsbət saldosu 15% artıb

Xarici ticarət dövriyyəsinin müsbət saldosu 15% artıb
  14 May 2020    Oxunub:3352
Bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 9,688 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Azvision.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,8% azdır.

Dörd aylıq xarici ticarət dövriyyəsinin 6,306 milyard dolları ixracın, 3,382 milyard dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 11,1%, idxal isə 25,65% azalıb.

Son nəticədə xarici ticarətdə 2,925 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 15,1% çoxdur.

Azvision.az



Teqlər: DGK  





Xəbər lenti