Əsas kapitala 3,9 milyard manat yönəldilib

Əsas kapitala 3,9 milyard manat yönəldilib
  14 May 2020    Oxunub:3769
Bu ilin yanvar-aprel aylarında əsas kapitala 3 milyard 903,5 milyon manat, yaxud 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz az vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 18,8 faiz artıb, qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 12,8 faiz azalıb.

İstifadə olunmuş vəsaitin 2 milyard 622,3 milyon manatı və ya 67,2 faizi məhsul istehsalı sahələrinə, 875,2 milyon manatı (22,4 faizi) xidmət sahələrinə, 406 milyon manatı (10,4 faizi) isə yaşayış evlərinin tikintisinə xərclənib. Əsas kapitala yönəldilmiş vəsaitin 2 milyard 338,3 milyon manatını və ya 59,9 faizini daxili vəsaitlər təşkil edib.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 2 milyard 383,2 milyon manatı və ya 61,1 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub. Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 62 faiz, büdcə vəsaitləri 21 faiz, əhalinin şəxsi vəsaitləri 6,6 faiz, bank kreditləri 5,7 faiz, büdcədənkənar dövlət fondlarının vəsaitləri 2,5 faiz, digər vəsaitlər isə 2,2 faiz olub.

Azvision.az



Teqlər: Kapital   Pul  





Xəbər lenti