İdxal-ixrac əməliyyatlarının coğrafiyası dəyişəcək

  15 May 2020    Oxunub : 2040
İdxal-ixrac əməliyyatlarının coğrafiyası dəyişəcək
Pandemiyadan sonra idxal-ixrac əməliyyatlarının coğrafiyasında dəyişiklik olacaq.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev deyib.

Onun sözlərinə görə, artıq hər bir ölkə daxildə özünü məhsulla təmin etməyə çalışır: "Müəyyən sektorlarda dəyişiklik olacaq. Ölkə çalışacaq ki, özü hazır məhsul əldə etsin. Əvvəl belə idi, bu gün pambıq var idi, satırdıq. Sonra parça alıb, tekstil edirdik. Amma indi hər kəs çalışır ki, nəinki parça, hazır tekstil əldə etsin və satsın. Sahibkarlardan xahişim odur ki, karantin rejimi qaydalarına və tövsiyyələrə əməl etsinlər".

Aytən Zəhra
Azvision.az

Teqlər: Sahibkar