Koronavirusun ən çox yayıldığı ərazilər - STATİSTİKA

  15 May 2020    Oxunub : 4887
 Koronavirusun ən çox yayıldığı ərazilər - STATİSTİKA
Bakı şəhərində koronavirusa yoluxma 47,8 faiz, Gəncə-Qazax bölgəsində 13 faiz, Aran zonasında 10,3 faiz, Lənkəran zonasında 10,2 faiz olub.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, digər bölgələrdə yoluxma 5 faizdən aşağıdır: "Xaricdən idxal olunan yoluxma halı 7,7 faiz təşkil edir. Bakı şəhərinin Yasamal rayonunda yoluxma 17 faiz, Nəsimi rayonunda yoluxma 15,8 faiz, Sabunçuda yoluxma 14 faiz, Binəqədi rayonunda 10,5 faiz, Qaradağ rayonunda 9,5 faiz, Nərimanovda 9,4 faiz olub. Bakı şəhərinin digər rayonlarında yoluxma 8 faizdən aşağıdır".

Aytən Zəhra
Azvision.az

Teqlər: TƏBİB   Koronavirus