Vergi orqanlarına müraciətlər azalıb

Vergi orqanlarına müraciətlər azalıb
  15 May 2020    Oxunub:3365
Aprel ayında vergi orqanlarına 26 min 296 müraciət daxil olub.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Azvision.az -a bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 16 min 378 müraciət və ya 38,4 faiz azdır.

Müraciətlərin 24 min 769-u (94,2 faiz) ərizə, 1390-ı (5,3 faiz) şikayət, 137-si (0,5 faiz) təklif olub, 7 müraciətin icrası xüsusi nəzarətə götürülüb. Baxılan müraciətlərin 74,2 faizi tam, 0,2 faizi qismən müsbət həll olunub.

Apreldə xidmətin aparatına ötən ilin müvafiq dövrü ilə müqayisədə 841 müraciət və ya 27,4 faiz az - 2226 müraciət daxil olub. Daxil olan müraciətlərdən 976-sı (43,9 faiz) ərizə, 1116-sı (50,1 faiz) şikayət, 134-ü (6 faiz) təklif olub, 5 müraciətin icrası xüsusi nəzarətə götürülb. Ay ərzində nazirliyin aparatına 1116 şikayət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 337 şikayət və ya 29,2 faiz azdır.

Keçən ay vergi orqanlarının aidiyyəti struktur bölmələrinin və vahidlərinin rəhbərləri və digər vəzifəli şəxsləri tərəfindən ümumilikdə 66 vətəndaş qəbul edilib. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı qanunamüvafiq izahatlar verilib.

Vergi orqanlarına daxil olan bütün müraciətlər qanunvericilikdə nəzərdə tutulmuş müddətlərdə icra edilib.

Azvision.az


Teqlər: Vergi  





Xəbər lenti