Aqrar məhsulların nağd alışı üçün yuxarı hədd müəyyənləşdi
Belə ki, bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edilən fiziki şəxslər üzrə gündəlik hər bir belə fiziki şəxs üçün nağd qaydada ödənilə bilən məbləğin yuxarı həddi iyirmi manat məbləğində müəyyən edilir və həmin məbləğ bu Qanunun 3.3-cü maddəsi (birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar) ilə müəyyən edilmiş nağd əməliyyat həddinə daxil edilməyəcək.
Vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən nağd qaydada satın alına bilən malların sayı artırılıb. Siyahıya xam dərinin tədarükü (alışı) də əlavə edilib.
Azvision.az
Teqlər: Aqrarməhsullar