Neftin qiyməti bahalaşır

  16 May 2020    Oxunub : 3259
Neftin qiyməti bahalaşır
Dünya birjalarında neftin qiyməti bahalaşır.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,37 dollar artaraq 32,50 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 1,87 dollar bahalaşaraq 29,43 dollar təşkil edib.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,76 dollar artaraq 32,77 dollar təşkil edib.

Azvision.az

Teqlər: Neft