KOBİA sahibkarlarla onlayn görüşlər keçirir

KOBİA sahibkarlarla onlayn görüşlər keçirir
  16 May 2020    Oxunub:3641
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən mikro, kiçik və orta sahibkarlarla onlayn görüşlər davam etdirilir.
KOBİA-dan Azvision.az -a verilən məlumata görə, reklam fəaliyyəti ilə məşğul olan sahibkarlarla təşkil olunmuş onlayn görüşdə Dövlət Reklam Agentliyi ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri pandemiya dövründə reklamçıların qarşılaşdıqları çətinliklər və onların gözləntiləri barədə müzakirələr aparıblar.

Satınalmalarla bağlı keçirilmiş onlayn görüşdə isə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və KOBİA-nın nümayəndələri bu sahədə KOB-ları maraqlandıran sualları cavablandırıblar.

Azvision.az



Teqlər: KOBİA  





Xəbər lenti