Naxçıvanda ümumi daxili məhsul istehsalı artıb

Naxçıvanda ümumi daxili məhsul istehsalı artıb
  20 May 2020    Oxunub:3279
Naxçıvan Muxtar Respublikasında 2020-ci ilin yanvar-aprel aylarında 743 milyon 26 min 800 manatlıq ümumi daxili məhsul istehsal olunub.
Azvision.az xəbər verir ki, bu göstərici 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz çoxdur.

Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz artaraq 1615,3 manat olub.

Azvision.az


Teqlər: Naxçıvan   ÜDM  





Xəbər lenti