AMEA-nın magistraturasına qəbul planı təsdiqləndi

AMEA-nın magistraturasına qəbul planı təsdiqləndi
  20 May 2020    Oxunub:5191
AMEA-nın magistraturasına 2020/2021-ci tədris ili üçün qəbul planı təsdiqlənib.
AMEA-dan Azvision.az -a bildirilib ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 2020/2021-ci tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına 15 ixtisas 43 ixtisaslaşma üzrə 59 plan yeri təsdiq edilib. Ayrılan bütün plan yerləri dövlət sifarişlidir.

Magistraturaya qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar AMEA-nın magistraturasına ayrılan plan yerlərində göstərilən ixtisaslaşmaları seçmək imkanı əldə edəcəklər.

Azvision.az



Teqlər: AMEA  





Xəbər lenti